"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib - FOTO

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib - FOTO Sahir avtodromunda Formula 1 üzrə dünya çempionatının ikinci mərhələsi, Bəhreyn Qran-prisi başa çatıb.
Fərdi
31 Mart , 2019 21:42
Formula 1 üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib - FOTO

"Sahir" avtodromunda "Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi, Bəhreyn Qran-prisi başa çatıb.

"Report" xəbər verir ki, yarışda "Mercedes" komandasının britaniyalı pilotu Luis Hamilton qalib olub.

O, hamını üstələyərək finiş xəttinə birinci çatıb. 

Yarışda ikinci yeri onun komanda üzrə müttəfiqi Valtteri Bottas tutub. Ən yaxşı üçlükdə sonuncu "Ferrari" komandasının pilotu Şarl Lekler olub. 

Qaliblər siyahısında həmçinin 4-cü yerdə Maks Ferstappen ("Red Bull"), 5-ci yerdə isə Sebastyan Fettel ("Ferrari") qərarlaşıblar. 

Son xəbərlər

Orphus sistemi