Yuxarı
    Bağlamaq

    ​Formula 1 üzrə Bakı Qran Prisinin başlama vaxtı dəyişdirilib

    Qərar ötən həftəsonu qəbul edilib

    Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin başlama saatı dəyişdirilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, Azərbaycan Hökumətinin yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar iyunun 17-də start vaxtı saat 17:00-a çəkilib.

    Avropa Qran Prisinin ilkin olaraq razılaşdırıldığı kimi, saat 18:00-da başlanacağı halda, finişinin saat 20:14-də - günün batmasına təsadüf edə biləcəyini və eyni zamanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula 1 rəhbərliyi (FOM) ötən həftəsonu sözügedən dəyişikliyi təsdiqləyib.

    Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Rəsmi açılış Mərkəzi Avropa Vaxtı ilə saat 15:00-da baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.

    BŞH-nin İcraçı Direktoru Arif Rəhimov bildirib ki, vaxtın bir saat önə çəkilməsində məqsədin pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərin Formula 1 yarışına baxmasını təmin etməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi