Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşünə yekun vurulub.
“Report”un məlumatına görə, ən yaxşı nəticəni “Red Bull” komandasının pilotu Maks Ferstappen göstərib - 1:44.410 s.
Daniel Rikkardo (Red Bull) ikinci, Sebastyan Fettel (Ferrari) isə üçüncü olub.
Qeyd edək ki, ikinci sərbəst yürüş saat 17:00-da, sonuncusu isə iyunun 24-də sıralama turundan 3 saat əvvəl saat 14:00-da olacaq.
Xatırladaq ki, iyunun 25-də keçiriləcək Qran Pirinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.