“Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib Bakı. 4 aprel. REPORT.AZ/ “Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsi prosesinə start verilib.
Fərdi
4 Aprel , 2018 19:23
“Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsinə start verilib

Bakı. 4 aprel. REPORT.AZ/ “Formula 1” üzrə Azərbaycan Qran Prisinə alınan vauçerlərin biletlə dəyişdirilməsi prosesinə start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, aprelin 29-dək şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Vauçerləri yalnız üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış ərzində həftəsonu tamaşaçılar şəhərin kassaları ilə yanaşı, yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də vauçerlərini dəyişə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi