“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib Bakı. 1 may. REPORT.AZ/ 2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib.
Fərdi
1 May , 2018 15:05
“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib
Report/ Firi Salim

Bakı. 1 may. REPORT.AZ/ 2018-ci il “Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, Bakıda 3-cü dəfə baş tutan “Formula 1” yarış həftəsonunda tamaşaçı iştirakı ötən illə müqayisədə 31 faiz artıb.

Bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.

“Formula 1” dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzlikləri və həyəcanverici anları ilə dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının, təxminən, dörddə biri əcnəbi tamaşaçıların payına düşür.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Lüis Hemilton olub.

Son xəbərlər

Orphus sistemi