Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb - ƏLAVƏ OLUNUB

Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb - ƏLAVƏ OLUNUB Konsertə giriş ödənişsizdir
Fərdi
13 Aprel , 2016 09:05
Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb - ƏLAVƏ OLUNUB

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.

"Report" xəbər verir ki, konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.

Onlar Formula-1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.

İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.

Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.

Anlaşmaya əsasən təşkilatçılığın maddi tərəfləri ictimaiyyətə açıqlanmır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında Formula 1 şəhərciyində bir neçə səhnənin qurulacağını bildirib: "Bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər. Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".

Son xəbərlər

Orphus sistemi