Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi - YENİLƏNİB

Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi - YENİLƏNİB Pilotlar saat 14:00-dək bolidlərini sınaqdan keçirəcəklər
Fərdi
194
5 İyun , 2021 14:00
Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi - YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Red Bull" pilotu Serxio Peres ikinci, "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

13:00

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşə start verilib.

"Report"un məlumatına görə, pilotlar saat 14:00-dək bolidlərini sınaqdan keçirəcəklər.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi