​Formula 1 üçün Bakıya 300 marşal gələcək

​Formula 1 üçün Bakıya 300 marşal gələcək Ümumilikdə Qran Pridə 1000 marşal fəaliyyət göstərəcək
Fərdi
13 Aprel , 2016 10:06
​Formula 1 üçün Bakıya 300 marşal gələcək

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinə hazırlıq işləri yekunlaşmaq üzrədir. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Qran Priyə təxminən 2 ay vaxt qaldığını bildirən N.Arpadarai asfalt qatının tam olaraq salındığını deyib: "Yalnız Hökumət evi ilə üzbəüz olan sahə qalıb. Tribunaların, təhlükəsizlik baryerlərinin quraşdırılması nəzərdə tutulub".

N.Arpadarai bilet satışı haqda da məlumat verib. O bildirib ki, biletlərin 65 faizi xaricdən alınıb və bu da gözəl göstəricidir.

BŞH rəsmisi Qran Pri üçün 12 min könüllünün müraciət etdiyini söyləyib: "Elan etmişdik ki, bizə 5 min könüllü lazımdır. Ancaq bu say 12 minə çatdı. Onların hamısı yerli könüllülərdir. Könüllülərlə yanaşı marşallar da var. Marşalların rolu çox önəmlidir. Məsələn, tras boyu dayanıb bayraqlar vasitəsilə işarə edirlər, qəzada kömək göstərirlər. Cəmi min nəfər marşal olmalıdır ki, bunların 300-ü xaricdən gələcək. Marşal olmaq üçün xüsusi lisenziya olmalıdır. Onlar müəyyən təlimlərdən keçirlər. Bu lisenziya alan marşal istənilən ölkədə keçirilən yarışda iştirak edə bilər".

N.Arpadarai qəzaya düşən Avropa Qran Prisinin elçisi Fernando Alonsonun vəziyyətinin yaxşı olduğunu söyləyib: "Alonso yalnız Bəhreyn Qran Prisində iştirak edə bilmədi. Onunla orada görüşmüşdük. Ümid edirik ki, vəziyyəti yaxşılaşıb. Çin Qran Prisində də iştirak edə biləcək. O, bu prosesə kifayət qədər hazırdır. Əlbəttə, Alonsonun qəzası ciddi idi. Ancaq əminəm ki, pilotlar bu cür qəzalara hazırdır və bundan sonra da yarışlara qatılırlar. İyunda Alonsonu Bakıda gözləyirik və əminik ki, Avropa Qran Prisində iştirak edəcək".

Qeyd edək ki, Formula 1 üzrə Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi