"Formula 1": "Red Bull" yarışdan kənarlaşa bilər

"Formula 1": "Red Bull" yarışdan kənarlaşa bilər "Red Bull" komandası "Formula 1" üzrə dünya çempionatından ayrıla bilər.
Fərdi
7 Oktyabr , 2020 19:02
Formula 1: Red Bull yarışdan kənarlaşa bilər

Avstriyanın "Red Bull" komandası "Formula 1" üzrə dünya çempionatından ayrıla bilər.

"Report" xəbər verir ki, bu barədə "Red Bull"un məsləhətçisi Helmut Marko "Auto Motor und Sport" nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, komanda mühərrikin istifadəsi ilə bağlı razılığa gələ bilməsə, yarışdan kənarlaşacaq.

Daha əvvəl "Honda" konserni 2021 mövsümündən sonra "Formula 1"dən ayrılacağını açıqlayıb. Yaponiya şirkəti "Red Bull" və "Alfa Tauri" üçün elektrik stansiyaları tədarük edir.

Helmut Marko komandanın mühərriksiz qalmayacağını, ancaq "Red Bull"un qarşılaşdığı ilk variantla razılaşmayacağını bildirib. O, niderlandlı pilot Maks Ferstappenin mümkün gedişini də təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi