"Formula 1" pilotu "Mercedes"ini 190 min avroya satır
"Formula 1" pilotu "Mercedes"ini 190 min avroya satır32 yaşlı idmançı bildirib ki, avtomobili Finlandiyada almaq mümkündür. Bottas maşınını alıcıya şəxsən təqdim edəcəyini və onunla kartinqdə gün keçirməyə hazır olduğunu vurğulayıb
"Formula 1"də çıxış edən "Mercedes" pilotu Valtteri Bottas özünün "Mercedes AMG GT" avtomobilini 190 min avroya satışa çıxarıb.
"Report"un məlumatına görə, bu barədə finlandiyalı sürücünün özü şəxsi tvitter səhifəsində yazıb.
32 yaşlı idmançı bildirib ki, avtomobili Finlandiyada almaq mümkündür. Bottas maşınını alıcıya şəxsən təqdim edəcəyini və onunla kartinqdə gün keçirməyə hazır olduğunu vurğulayıb.
2018-ci il istehsalı olan avtomobil 522 at gücünə malik 4 litrlik V8 mühərriki ilə təchiz olunub.
Qeyd edək ki, Valtteri Bottas İspaniya Qran-prisindən sonra ümumi hesabda 47 xalla 3-cü yerdə gedir. Dörd mərhələdən sonra onun komanda yoldaşı Lüis Hemilton 94 xalla xalla 1-ci, "Red Bull" pilotu Maks Ferstappen isə 80 xalla 2-cidir.