"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Kevin Maqnussen karyerasını başa vurub.
"Report"un məlumatına görə, 28 yaşlı danimarkalı pilot bu barədə rəsmi tvitter hesabında paylaşım edib.
Maqnussen "Formula 1"in uşaqlıqdan bəri həyatında olduğunu vurğulayıb: "Həyatımın bu hissəsi artıq bağlandı. Məktəbdə müəllimlərimə F1 pilotu olacağımı söyləyəndə mənə güldülər. Ancaq bunu edəcəyimi bilirdim. Ailəm mənə inanırdı. Sadəlövh uşaq idim, hədəfə çatmaq üçün keçəcəyim əsl çətinliklər barədə fikrim yox idi. Amma bunun öhdəsindən gələcəyimi bilirdim. İllər ərzində mənə göstərilən dəstək üçün hamıya təşəkkür edirəm. Artıq Danimarkaya qayıtmağın və Miladı ailəmlə qeyd etməyin vaxtıdır".
Qeyd edək ki, Kevin Maqnussen 2014-cü ildən "Formula 1"də çıxış edir və 158 xala sahibdir.