"Formula 1": Pilotlar Bakıdakı yarışda zinət əşyalarından istifadə edə biləcəklər

"Formula 1": Pilotlar Bakıdakı yarışda zinət əşyalarından istifadə edə biləcəklər Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" pilotlarının yarış zamanı zinət əşyaları taxmasına iyunun sonlarınadək icazə verəcək.
Fərdi
27 May , 2022 15:13
Formula 1: Pilotlar Bakıdakı yarışda zinət əşyalarından istifadə edə biləcəklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" pilotlarının yarış zamanı zinət əşyaları taxmasına iyunun sonlarınadək icazə verəcək.

"Report" FIA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna görə sürücülərə heç bir cərimə tətbiq olunmayacaq. Bu isə o deməkdir ki, pilotlar Azərbaycan Qran-prisində də zinət əşyalarından istifadə edə biləcəklər.

Bakıdakı yarış 10 - 12 iyunda keçiriləcək.

Qeyd edək ki, bu məsələ iyulun 1-də Britaniya Qran-prisində yenidən müzakirə ediləcək və son tarixdən əvvəl pilotlarla əlavə danışıqlar aparılacaq.

Son xəbərlər

Orphus sistemi