"Formula 1" rəhbərliyi 2021-ci ildə 22 yarış keçirmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Formula 1"in icraçı direktoru Çeyz Keri "Motorsportweek" nəşrinə açıqlamasında məlumat verib.
Funksioner 2021 mövsümü üçün standart təqvim planlaşdırdıqlarını söyləyib.
Qeyd edək ki, bu il "Formula 1"də bir neçə Qran-pri koronavirus pandemiyasına görə ləğv edilib, bəziləri isə təxirə salınıb. 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi də ləğv olunub.