"Formula 1": Nikita Mazepini danimarkalı pilot əvəzləyib

"Formula 1": Nikita Mazepini danimarkalı pilot əvəzləyib "Formula 1"də çıxış edən ABŞ-ın "Haas" komandasının yeni pilotu müəyyənləşib.
Fərdi
9 mart 2022 18:07
Formula 1: Nikita Mazepini danimarkalı pilot əvəzləyib

"Formula 1"də çıxış edən ABŞ-ın "Haas" komandasının yeni pilotu müəyyənləşib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı sürücü Nikita Mazepini danimarkalı Kevin Maqnussen əvəzləyib.

30 yaşlı pilotla uzunmüddətli müqavilə imzalanıb. O, almaniyalı Mik Şumaxerlə komanda yoldaşı olub.

Qeyd edək ki, "Haas" komandası Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Nikita Mazepinlə müqaviləni pozub.

Orphus sistemi