"Formula 1": "Mercedes" yeni bolidini təqdim etdi

"Formula 1": "Mercedes" yeni bolidini təqdim etdi Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir
Fərdi
2 Mart , 2021 15:52
Formula 1: Mercedes yeni bolidini təqdim etdi

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandasının 2021 mövsümü üçün yeni avtomobilinin görüntüləri yayımlanıb.

"Report"un məlumatına görə, bolidin fotoları yarışın rəsmi tvitter hesabında paylaşılıb.

Avtomobilə W12 adı verilib. "Mercedes" yeni mövsümdə də qara rəngli bolidlə mübarizə aparacaq. 2021 mövsümündə Almaniya komandasının heyətində Lüis Hemilton və Valtteri Bottas yer alacaq.

Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi