"Formula 1": "Mercedes" qara bolidlərini təqdim etdi

"Formula 1": "Mercedes" qara bolidlərini təqdim etdi
Fərdi
128
29 İyun , 2020 17:41
Formula 1: Mercedes qara bolidlərini təqdim etdi

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası qara rəngli bolidlərini təqdim edib. 

"Report"un məlumatına görə, boliddə "End Racism" ("Rasizmə Son") yazısı da əksini tapıb. 

Komandanın pilotu Lüis Hemilton məsələyə münasibət bildirib. Sürücü vaxtilə irqçiliklə qarşılaşdığını xatırladıb: "Bu andan faydalanıb daha yaxşı olmalıyıq. Bərabərlik və inklüzivliyin təmin olunması məsələlərində daha yaxşı olmaq və real əhəmiyyətli dəyişiklikləri həyata keçirmək çox vacibdir. Mən də həyatımda irqçiliklə qarşılaşmışam, ailəmin və dostlarımın bundan necə zərər çəkdiklərini görmüşəm. Buna görə dəyişiklik barədə çağırış edərkən bütün qəlbimlə danışıram". 

Pilot "Mercedes"in icraçı direktoru Toto Volfla əlaqə qururaq komanda kimi daha yaxşı şeylər əldə edə biləcəklərinə ümid etdiyini bildirib: "Birləşməyimiz çox vacibdir. Belə məsələlərdə təcrübəmi və ehtirasımı anlamaq, danışmaq və həqiqətən, başa düşmək üçün vaxt ayırdıqlarına görə Toto Volfa və komandanın heyətinə təşəkkür edirəm. "Mercedes" dəyişməyə və inkişaf etməyə hazırdır".

Qeyd edək ki, Lüis Hemilton "Formula 1" üzrə 6 qat dünya çempionudur.