"Formula 1" komandası rusiyalı pilotla yollarını ayırır
Fərdi
- 03 mart, 2022
- 08:50
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası rusiyalı pilotu Nikita Mazepinlə yollarını ayırmağı qərara alıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist Serxio Rodriges məlumat yayıb.
O bildirib ki, "Haas" Mazepini ehtiyat komandasından Pietro Fittipaldi ilə əvəzləyəcək. 26 yaşlı sürücü Mik Şumaxerlə birlikdə 10 - 12 martda Bəhreyndəki ikinci qış sınaq yarışlarında iştirak edəcək.
ABŞ təmsilçisinin tezliklə məsələ ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, 23-25 sentyabrda təşkili planlaşdırılan Rusiya Qran-prisi Ukrayna ilə müharibə səbəbindən ləğv edilib. "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
Son xəbərlər
13:33
Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub
Digər ölkələr13:32
Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfəyə qədər artıb
Biznes13:31
Azərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında mübarizə aparacaqlar
Fərdi13:29
Aybek Dadebay Qazaxıstan Qurultayının sədri seçilib
Digər ölkələr13:26
Bu il "AzərEnerji" ixrac gəlirlərini 87 %-dən çox artırıb
Energetika13:26
Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir
Hadisə13:21
Şahin Diniyev: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunlarından həzz almalıdır"
Futbol13:17
Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır
Hadisə13:10