"Formula 1" komandası pilotu ilə uzunmüddətli müqavilə imzaladı

"Formula 1" komandası pilotu ilə uzunmüddətli müqavilə imzaladı Onun müqaviləsinin nə vaxta qədər qüvvədə olacağı açıqlanmayıb
Fərdi
19 May , 2021 12:20
Formula 1 komandası pilotu ilə uzunmüddətli müqavilə imzaladı
Lando Norris

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Maklaren" komandası pilotu Lando Norrislə müqavilənin müddətini uzadıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı britaniyalı pilotla uzunmüddətli sözləşmə imzalanıb.

Onun anlaşmasının nə vaxta qədər qüvvədə olacağı açıqlanmayıb.

Qeyd edək ki, Lando Norris 2019-cu ildən "Maklaren"də çıxış edir. Bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi