"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb

"Formula 1" komandası pilotları ilə müqaviləni uzadıb Formula 1də çıxış edən Maklarenin rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb.
Fərdi
10 İyul , 2019 09:29
Formula 1 komandası pilotları ilə müqaviləni uzadıb

"Formula 1"də çıxış edən "Maklaren"in rəhbərliyi komandanın pilotları Karles Sayns və Lando Norrislə əməkdaşlığın uzadıldığını açıqlayıb.

"Report"un Britaniya komandasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər iki sürücü ilə 2020-ci ilədək müqavilə bağlanılıb.

Bu mövsüm Sayns "Maklaren"də, Norris isə ümumilikdə "Formula 1"də debüt edib. 9 mərhələdən sonra onlardan birincisi 30 xalla 7-ci, digəri isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

Komandanın rəhbəri Zak Braun həftəsonu keçiriləcək Böyük Britaniya Qran-prisi ərəfəsində yeni müqaviləni rəsmiləşdirmələrindən məmnunluq ifadə edib. O. hər iki pilotun çıxışından razılığını bildirib. 

Son xəbərlər

Orphus sistemi