"Formula 1": İtaliyadakı növbəti yarışa azarkeş buraxılmayacaq

"Formula 1": İtaliyadakı növbəti yarışa azarkeş buraxılmayacaq İtaliyanın İmola şəhərində keçiriləcək "Formula 1" üzrə Emili-Romani Qran-prisi azarkeşsiz olacaq.
Fərdi
619
28 Oktyabr , 2020 19:41
Formula 1: İtaliyadakı növbəti yarışa azarkeş buraxılmayacaq

İtaliyanın İmola şəhərində keçiriləcək "Formula 1" üzrə Emili-Romani Qran-prisi azarkeşsiz olacaq.

"Report" xəbər verir ki, bu barədə İtaliya avtodromunun mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyətlər, koronavirus pandemiyası səbəbindən səlahiyyətli orqanlar tərəfindən regional qadağalarla əlaqəlidir.

Qeyd edək ki, İmoladakı yarış 31 oktyabr - 1 noyabrda gerçəkləşəcək. Bu mövsüm 11 - 13 sentyabrda İtaliyadakı Toskana Qran-prisində ilk dəfə azarkeşlər iştirak edib. Fanatlar Rusiya, Almaniya və Portuqaliyadakı yarışlara da qatılıblar.

Son xəbərlər

Orphus sistemi