"Formula 1"in təqvimi DÇ-2022-yə görə dəyişir

"Formula 1"in təqvimi DÇ-2022-yə görə dəyişir 2022 mövsümündə "Formula 1" üzrə dünya çempionatında təqviminin detalları bəlli olub
Fərdi
4 Oktyabr , 2021 16:07
Formula 1in təqvimi DÇ-2022-yə görə dəyişir

2022 mövsümündə "Formula 1" üzrə dünya çempionatında təqvimin detalları bəlli olub.

"Report"un məlumatına görə, bu barədə "Sky Sports"a açıqlamasında yarışın rəhbəri Stefano Domenikali bildirib.

O, növbəti mövsümdə təqvimin, böyük ehtimalla, 23 yarışdan ibarət olacağını açıqlayıb: "Ümid edirəm ki, 2022-ci ildə koronavirus məhdudiyyətlərindən asılı olmayaraq, nornal mövsüm keçirə biləcəyik. Təqvimi tərtib edərkən logistika problemlərini də nəzərə alırıq. Ətraflı məlumat verə bilmərəm. Amma mövsümün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar martın ortalarında başlayacağını və noyabrın ortalarında bitəcəyini deyə bilərəm".

Qeyd edək ki, 2021 mövsümündə Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi