"Formula 1"in keçmiş sahibinin qızı qarət olunub

"Formula 1"in keçmiş sahibinin qızı qarət olunub Formula 1in keçmiş sahibi Beni Ekklstounun qızı Tamara Ekklstounun mənzili qarət olunub.
Fərdi
17 Dekabr , 2019 00:30
Formula 1in keçmiş sahibinin qızı qarət olunub

"Formula 1"in keçmiş sahibi Beni Ekklstounun qızı Tamara Ekklstounun mənzili qarət olunub.

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, oğrular Tamaranın evinə girərək zinət əşyalarını aparıblar. Ümumi ziyanın məbləği 67 milyon dollar qiymətləndirilir.

Hadisə vaxtı evin sahibi İngiltərənin paytaxtı Londonda Milad tətillərində olub. Oğrular da məhz bundan yararlanıblar. Onlar mənzilə bağdan girərək, üzük, sırğa, "Cartier"dən 107 min dollarlıq bilərzik götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi