"Formula 1"in keçmiş sahibi 89 yaşında ata olacaq

"Formula 1"in keçmiş sahibi 89 yaşında ata olacaq Formula 1in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun dördüncü dəfə ata olacaq.
Fərdi
3 Aprel , 2020 02:33
Formula 1in keçmiş sahibi 89 yaşında ata olacaq

"Formula 1"in fəxri prezidenti və keçmiş sahibi Berni Ekklstoun dördüncü dəfə ata olacaq.

"Report"un "F1-Insider"ə istinadən verdiyi məlumata görə, 89 yaşlı milyarderin 41 yaşlı həyat yoldaşı Fabianadan iyulda oğlu dünyaya gələcək.

Hazırda Ekklstounun 3 qızı var. Onlardan kiçiyi Petra 32, ortancılı Tamara 36, böyüyü Debore 65 yaşındadır. İndi o, 2012-ci ildə ailə qurduğu Fabiana Flozi ilə Braziliyanın San-Paulu şəhəri yaxınlığındakı kofe plantasiyasında qalır. 

Qeyd edək ki, Berni Ekklstoun "Formula 1"dəki işlərindən 2017-ci ildə aralanıb. Hazırda dünya çempionatına tam nəzarət hüququ "Liberty Media"ya məxsusdur.

Son xəbərlər

Orphus sistemi