"Formula 1"in icraçı direktoru dəyişə bilər

"Formula 1"in icraçı direktoru dəyişə bilər Almaniyanın “Mercedes” komandasının rəhbəri Toto Volff “Formula One Group”un icraçı direktoru ola bilər.
Fərdi
8 May , 2019 14:07
Formula 1in icraçı direktoru dəyişə bilər

Almaniyanın “Mercedes” komandasının rəhbəri Toto Volff “Formula One Group”un icraçı direktoru ola bilər.

“Report”un “RaceFans”a istinadən verdiyi məlumata görə, 47 yaşlı avstriyalı funksioner “Mercedes”lə 2020-ci ilədək olan müqaviləsinin müddəti başa çatandan sonra işini dəyişəcək. Onun bu postda əvəzləyəcəyi Çeyz Keri “Formula 1”in sahibi “Liberty Media” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində qalacaq.

Bildirilir ki, Volff gələcəkdə komandaların büdcələrinə məhdudiyyət qoyulacağını və reqlament dəyişikliyini nəzərə alaraq, tədbirli davranmaq istəyir. O, büdcənin azaldılmasından sonra “Mercedes”in “Formula 1”də dominantlıq edə bilməyəcəyindən ehtiyatlanır. Həmçinin “Mercedes”in rəhbərinin dəyişməsi də onun qərarına təsir edib.

Qeyd edək ki, Çeyz Keri 2017-ci ilin yanvarında “Formula One Group”un icraçı direktoru vəzifəsində Berni Ekklstounu əvəzləyib.

Son xəbərlər

Orphus sistemi