"Formula 1": Hemilton öz bolidi ilə mexaniki vurub

"Formula 1": Hemilton öz bolidi ilə mexaniki vurub "Formula 1" üzrə yeddiqat dünya çempioni Lüis Hemilton Rusiya Qran-prisi zamanı xoşagəlməz hadisənin iştirakçısı olub.
Fərdi
24 Sentyabr , 2021 19:57
Formula 1: Hemilton öz bolidi ilə mexaniki vurub
Lüis Hemilton

"Formula 1" üzrə yeddiqat dünya çempioni Lüis Hemilton Rusiya Qran-prisi zamanı xoşagəlməz hadisənin iştirakçısı olub.

"Report"un məlumatına görə, "Mercedes"in britaniyalı pilotu günün ikinci sərbəst yürüşündə boksa daxil olarkən bolidlə mexaniki vurub. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Hemilton test yürüşünü ikinci pillədə bitirib.

Qeyd edək ki, bu gün start götürən və Soçidə keçirilən Rusiya Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi