Formula 1: Hamilton Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Formula 1: Hamilton Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub Yeddiqat dünya çempionu, "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hamilton Braziliya Qran-prisinin - Formula 1 üzrə dünya çempionatının 19-cu mərhələsinin sprint yarışının təsnifat mərhələsinin qalibi olub.
Fərdi
13 Noyabr , 2021 06:53
Formula 1: Hamilton Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Yeddiqat dünya çempionu, "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hamilton Braziliya Qran-prisinin - Formula 1 üzrə dünya çempionatının 19-cu mərhələsinin sprint yarışının təsnifat mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, "Red Bull"dan niderlandlı Maks Ferstappen ikinci, Hamiltonun komanda yoldaşı, fin Valtteri Bottas üçüncü olub.

Qeyd edək ki, sprint yarışı bu gün Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq. Yarış bazar günü (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.

Bundan əvvəl Mexiko avtodromunda "Formula 1" üzrə Meksika Qran-prisi keçirilib. Yekunda "Red Bull" pilotu Maks Ferstappen qalib olub. İkinci yeri "Mercedes" sürücüsü, 7 qat dünya çempionu Lüis Hemilton tutub. "Üçlüy"ü "Red Bull"un digər sürücüsü Serxio Peres qapayıb.

Son xəbərlər

Orphus sistemi