"Formula 1": "Ferrari" pilotu ilə müqavilənin müddətini uzadıb

"Formula 1": "Ferrari" pilotu ilə müqavilənin müddətini uzadıb "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandası pilotu Karlos Saynsın müqaviləsinin müddətini uzadıb.
Fərdi
21 Aprel , 2022 12:39
Formula 1: Ferrari pilotu ilə müqavilənin müddətini uzadıb
Karlos Sayns

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" komandası pilotu Karlos Saynsın müqaviləsinin müddətini uzadıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı sürücünün yeni sözləşməsi 2024-cü ilədək nəzərdə tutulub.

İspaniyalı pilot 2021-ci ildən İtaliya təmsilçisində çıxış edir.

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi