"Formula 1": Dördqat dünya çempionu mövsümün ikinci yarışını da buraxacaq

"Formula 1": Dördqat dünya çempionu mövsümün ikinci yarışını da buraxacaq "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel mövsümün ikinci yarışını da buraxacaq.
Fərdi
112
25 Mart , 2022 12:36
Formula 1: Dördqat dünya çempionu mövsümün ikinci yarışını da buraxacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel mövsümün ikinci yarışını da buraxacaq.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, martın 17-də koronavirus testi müsbət çıxan 35 yaşlı sürücü Səudiyyə Ərəbistanı Qran-prisində iştirak etməyəcək.

4 qat dünya çempionunu növbəti dəfə almaniyalı həmyerlisi Niko Hülkenberq əvəzləyəcək.

Səudiyyə Ərəbistanı Qran Prisi 25 - 27 martda olacaq. Sebastyan Fettel martın 20-də Bəhreyndəki yarışda da iştirak etməyib.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi