"Formula 1"də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib

"Formula 1"də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib Formula 1 üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib.
Fərdi
15 İyun , 2019 12:42
Formula 1də superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib
Report

"Formula 1" üzrə dünya çempionatında superlisenziya üçün balların hesablanma qaydası dəyişdirilib. 

"Report"un məlumatına görə, bununla bağlı qərar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Fransanın paytaxtı Parisdəki iclasında qəbul olunub.

Hazırkı qaydaya əsasən, "Formula 1"də 40 bala malik və bunları 3 il ərzində qazanmış pilotlar iştirak edirlər. Sərbəst məşğələlərə isə lisenziyada 25 bal olduqda qatılmaq mümkündür. 

2020-ci ildən isə superlisenziyaya ballar qazanmaq üçün yeni imkan yaranacaq. Sərbəst praktikada 100 km-dən çox məsafə qət edən və cərimə almayan iştirakçılar 1 bal alacaqlar. Amma bu zaman belə halların hesablanma imkanına limit qoyulacaq. Yəni 3 il ərzində yalnız 10 bal qazanmaq mümkün olacaq. 

İştirak üçün superlisenziya xalları hesablanan çempionatlar sırasına isə W seriyası da əlavə olunub. Amma bu zaman bal bölgüsü hələlik əsasnaməyə salınmayıb. 

Qeyd edək ki, 2016-cı ildən "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Bakıda keçirilir. Bu il yenilənmiş müqaviləyə əsasən, Azərbaycan Qran-prisi 2023-cü ilədək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi