ABŞ-da "Formula 1"in keçiriləcəyi şəhərə qayğı göstəriləcək - VİDEO

ABŞ-da "Formula 1"in keçiriləcəyi şəhərə qayğı göstəriləcək - VİDEO Tras "Mayami Dolfins" futbol klubunun "Hard Rock" stadionunun ətrafındadır
Fərdi
23 Aprel , 2021 10:24
ABŞ-da Formula 1in keçiriləcəyi şəhərə qayğı göstəriləcək - VİDEO

2022-ci il "Formula 1" təqvimində Mayami Qran-prisi də yer alacaq.

"Report"un məlumatına görə, Florida ştatındakı mərhələnin təşkilatçıları yeni trasda bort kamerasından virtual dövrəni nümayiş etdirib.

5,41 km uzunluğa malik tras 19 dövrədən və DRS zonalarının yerləşə biləcəyi 3 düzlükdən ibarət olacaq. Bolidlərin 320 km/saat sürətə çatacağı gözlənilir.

Tras "Mayami Dolfins" futbol klubunun "Hard Rock" stadionunun ətrafındadır.

Təşkilatçılar səs-küyün azaldılması üçün xüsusi maneələr quraşdıracaq, şəhərin iqtisadiyyatına 5 il ərzində güşətli proqramlara 5 milyon dollar sərmayə qoyulacaq, sakinlərə endirimli biletlər təqdim olunacaq, məktəb və kolleclərin 5 ən yaxşı məzununun təhsil xərcləri ödəniləcək.

Son xəbərlər

Orphus sistemi