"Formula 1"də yeni mövsümün tam təqvimi açıqlanıb

"Formula 1"də yeni mövsümün tam təqvimi açıqlanıb "Formula 1"də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.
Fərdi
11 Fevral , 2022 22:24
Formula 1də yeni mövsümün tam təqvimi açıqlanıb

"Formula 1"də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.

"Report"un yarışın rəsmi saytına istinadən məlumatına görə, bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə olacaq.

Təqvimə ilk dəfə daxil edilmiş Mayami Qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabidə yekun vurulacaq.

Bu il həmçinin, Sinqapur, Melburn və Monreal Qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib.

Azərbaycan Qran-prisi isə 12 iyunda olacaq.


"Formula 1"də 2022 mövsümünün təqvimi (Bakı vaxtı ilə)

1. Bəhreyn Qran-prisi - 20 mart saat 19:00
2. Səudiyyə Ərəbistanı Qran-prisi - 27 mart saat 21:00
3. Avstraliya Qran-prisi - 10 aprel, saat 09:00
4. Emiliya-Romanyi Qran-prisi - 24 aprel saat 17:00
5. Mayami Qran-prisi — 8 may saat 23:30
6. İspaniya Qran-prisi — 22 may saat 17:00
7. Monako Qran-prisi — 29 may saat 17:00
8. AZƏRBAYCAN QRAN-PRİSİ — 12 iyun saat 15:00
9. Kanada Qran-prisi — 19 iyun saat 22:00
10. Böyük Britaniya Qran-prisi — 3 iyul saat 18:00
11. Avstriya Qran-prisi — 10 iyul saat 17:00
12. Fransa Qran-prisi — 24 iyul saat 17:00
13. Macarıstan Qran-prisi — 31 iyul saat 17:00
14. Belçika Qran-prisi — 28 avqust saat 17:00
15. Niderland Qran-prisi — 4 sentyabr saat 17:00
16. İtaliya Qran-prisi — 11 sentyabr saat 17:00
17. Rusiya Qran-prisi — 25 sentyabr saat 15:00
18. Sinqapur Qran-prisi — 2 oktyabr saat 16:00
19. Yaponiya Qran-prisi — 9 oktyabr saat 09:00
20. ABŞ Qran-prisi — 23 oktyabr saat 23:00
21. Meksika Qran-prisi — 30 oktyabr saat 23:00
22. Braziliya Qran-prisi — 13 noyabr saat 22:00
23. Abu Dabi Qran-prisi — 20 noyabr saat 17:00

Son xəbərlər

Orphus sistemi