Formula 1 tarixində ilk dəfə indoneziyalı pilot çıxış edəcək

Formula 1 tarixində ilk dəfə indoneziyalı pilot çıxış edəcək Rio Harianto ​"Manor"un ikinci pilotu olacaq
Fərdi
18 Fevral , 2016 14:14
Formula 1 tarixində ilk dəfə indoneziyalı pilot çıxış edəcək

Bakı. 18 fevral. REPORT.AZ/ İndoneziyalı Rio Harianto 2016-cı il Formula 1 mövsümündə "Manor" komandasının ikinci pilotu olacaq. "Report"un komandanın rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 23 yaşlı idmançı almaniyalı Paskal Verlyayndır.

R.Harianto bu növ üzrə ilk indoneziyalı sürücü olacaq. Ötən mövsüm o, "Kampos"da çıxış edib və GP çempionatında 4-cü yeri tutub. 

Qeyd edək ki, Formula 1 üzrə ilk Qran Pri 18 - 20 martda Avstraliyanın Melburn şəhərində olacaq. 17  - 19 iyunda isə Bakıda Avropa Qran Prisi təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi