Formula 1-də Berni Ekklstoun erası başa çatır

Formula 1-də Berni Ekklstoun erası başa çatır İngiltərəli biznesmen bu həftə postu ilə vidalaşacaq
Fərdi
23 Yanvar , 2017 09:11
Formula 1-də Berni Ekklstoun erası başa çatır

Bakı. 23 yanvar. REPORT.AZ/ Formula 1-in promouteri Berni Ekklstoun təşkilatın ömürlük prezidentliyindən imtina etmək niyyətindədir. "Report"un məlumatına görə, bu barədə "Formula One Group"un rəhbərliyindən BBC-yə açıqlama verilib. 

Mənbə ingiltərəli biznesmenin bu həftə postu ilə vidalaşacağını bildirib. Ona fəxri prezident postu təklif olunub. 

Formula 1-in yeni sahibləri idarəetmə strukturunda yenilənmə aparmaq, B.Ekklstounun səlahiyyətlərini bir neçə şəxs arasında bölüşdürmək istəyirlər. Bunadək yarışın sədri postuna Çeyz Keri gətirilib. Kommersiya departamentinin rəhbəri Şon Bretçs ola bilər. Seriyanın idman tərəfinə isə Ross Braun kömək edəcək. 

Qeyd edək ki, 87 yaşlı Berni Ekklstoun Formula 1-ə 40 ildir rəhbərlik edir. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi