"Formula-1" bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq

"Formula-1" bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq Bununla bağlı FİA-nın iclasında qərar qəbul olunub
Fərdi
20 İyul , 2017 10:23
Formula-1 bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq

Bakı. 20 iyul. REPORT.AZ/ 2018-ci ildən "Formula-1" bolidlərində “Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq.

“Report”un məlumatına görə, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Ceneverə şəhərində keçirilən Starteji Qrupunun iclasında qərar qəbul olunub. Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.

"Formula-1" üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u “Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.

“Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.

Qeyd edək ki, 2018-ci ildə "Formula-1" üzrə Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi