Bakı. 24 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin pilotları ilə növbəti avoqraf sessiyası baş tutacaq.
“Report”un məlumatına görə, saat 11:40-da başlayacaq mərasimdə yarışın iştirakçısı olan "Red Bull" (Daniel Rikkardo və Maks Ferstappen), "Ferrari" (Sebastyan Fettel və Kimi Raykkonen), "Mercedes" (Luis Hemilton və Valterri Bottas) və "Renault" (Niko Hülkenberq və Colion Palmer) komandalarının üzvləri imza paylayacaqlar.
Qeyd edək ki, iyunun 25-də keçiriləcək sonuncu avtoqraf sessiyasında "Sauber" (Markus Eriksson və Paskal Verlyayn),"Force İndia" (Serxio Peres və Esteban Okon) və Toro Rosso (Daniel Kvyat və Karlos Sayns) komandasının üzvləri iştirak edəcəklər. İmza mərasimi saat 12:40-da başlayacaq.