"Formula 1": Azərbaycan Qran-prisinə hazırlıq işləri gücləndirildi

"Formula 1": Azərbaycan Qran-prisinə hazırlıq işləri gücləndirildi Növbəti mərhələdə trekin asflat örtüyündə zəruri təmir-bərpa işləri aparılacaq
Fərdi
155
9 May , 2021 01:50
Formula 1: Azərbaycan Qran-prisinə hazırlıq işləri gücləndirildi

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqasından (BŞH) "Report"a verilən məlumata görə, növbəti mərhələdə trekin asflat örtüyündə zəruri təmir-bərpa işləri aparılacaq.

Təmir işlərinə mayın 8-də start veriləcək və bu proses nəqliyyatın sıxlığından asılı olaraq müxtəlif fasilələrlə həmin ayın 20-dək davam etdiriləcək.

İşlər ilkin mərhələdə Xəqani, Zərifə Əliyeva və İstiqlaliyyət küçələri ilə Bülbül və Neftçilər prospektlərinin müəyyən hissələrində, həmçinin Aleksandr Puşkin ilə Xəqani küçələrinin, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişmələrində əsasən gündüz saatlarında aparılacaq. İş zamanı müəyyən lokal məhdudiyyətlər tətbiq olunacaq, lakin əksər hallarda nəqliyyat fasiləsiz şəkildə hərəkət edə biləcək.

BŞH sakinlərdən təmir-bərpa işlərinin intensiv aparıldığı saatlarda sözügedən ərazilərdə avtomobillərini parklamağı xahiş edib, göstərilən anlayışa və dəstəyə görə əvvəlcədən təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi