"Formula 1": Avstraliya Qran-prisində sıralama turunun qalibi bəlli olub

"Formula 1": Avstraliya Qran-prisində sıralama turunun qalibi bəlli olub Avstraliyanın Melburn şəhərində keçirilən "Formula 1" Qran-prisində sıralama turunun qalibi bəlli olub.
Fərdi
9 Aprel , 2022 11:49
Formula 1: Avstraliya Qran-prisində sıralama turunun qalibi bəlli olub

Melburn şəhərində keçirilən "Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Ferrari" komandasının pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayıb.

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. "Mercesdes"də çıxış edən yeddiqat dünya çempionu Lüis Hemilton isə beşinci yerlə kifayətlənib.

Stüardlar ikinci seqmentdə Peresin hərəkətlərini nəzərdən keçirəcəklər. O, sarı bayraqlar altında sürəti kifayət qədər azaltmayıb.

Qeyd edək ki, Avstraliya Qran-prisinin əsas yarışı aprelin 10-da gerçəkləşəcək.10 - 12 iyunda isə Azərbaycan Qran-prisi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi