"Formula 1": ABŞ Qran-prisinin qalibi müəyyənləşib

"Formula 1": ABŞ Qran-prisinin qalibi müəyyənləşib Ostin avtodromunda "Formula 1" üzrə ABŞ Qran-prisi keçirilib.
Fərdi
121
25 Oktyabr , 2021 01:20
Formula 1: ABŞ Qran-prisinin qalibi müəyyənləşib

Ostin avtodromunda "Formula 1" üzrə ABŞ Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, qalib adını "Red Bull" pilotu Maks Ferstappen qazanıb. Ona kuboku əfsanəvi basketbolçu Şakil O Nil buynuzlu avtomobillə gətirib.

"Mercedes" sürücüsü Lüis Hemilton ikinci, "Red Bull"un digər üzvü Serxio Peres üçüncü yeri tutub.

Bununla da Ferstappen 287,5 xalla ümumi sıralamada liderliyini möhkəmlədib. Hemilton 275,5 xalla ikinci, onun komanda yoldaşı Valtteri Bottas 185 xalla üçüncüdür. Konstruktorlar Kubokunda "Mercedes" 460,5 xalla liderdir. Sonrakı sıralarda 437,5 xalla "Red Bull" və 254 xalla "Maklaren" qərarlaşıb.

Növbəti Qran-pri 5 - 7 noyabrda Meksikada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi