Gimnastika üzrə daha bir Dünya Kuboku ləğv edildi

Gimnastika üzrə daha bir Dünya Kuboku ləğv edildi Yaponiya Gimnastika Assosiasiya və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Tokioda keçirilməsi planlaşdırılan çoxnövçülük üzrə Dünya Kubokunu ləğv etməyə qərar verib
Fərdi
9 Mart , 2021 12:02
Gimnastika üzrə daha bir Dünya Kuboku ləğv edildi

Yaponiya Gimnastika Assosiasiyası və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Tokioda keçirilməsi planlaşdırılan idman gimnastikasının çoxnövçülük yarışı üzrə Dünya Kubokunu ləğv etməyə qərar verib.

"Report"un Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi dünya miqyasında koronavirusla əlaqədar səyahət məhdudiyyətləri göstərilib.

Mayın 4-də keçirilməli olan turnir Tokio Yay Olimpiya Oyunlarına test xarakterli idi. FIG test yarışı üçün yeni məkan tapmağa çalışacaq.

Çoxnövçülük yarışı Miluoki (ABŞ), Ştutqart (Almaniya), Birmingem (Böyük Britaniya) və Tokio (Yaponiya) mərhələlərindən ibarət idi. Miluoki mərhələsini təşkil etmək mümkün olsa da, son 3 mərhələ baş tutmayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi