FIDE Şəhriyar Məmmədyarovu təbrik edib

FIDE Şəhriyar Məmmədyarovu təbrik edib Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edib.
Fərdi
13 Aprel , 2022 18:17
FIDE Şəhriyar Məmmədyarovu təbrik edib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovu ad günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, FIDE bununla bağlı rəsmi feysbuk hesabında təbrik mesajı yayımlayıb.

"Dünən 37 yaşını qeyd edən dünya reytinqinin 10 nömrəsi Şəhriyar Məmmədyarova ən xoş arzularla"! - deyə paylaşımda yazılıb.

Postda həmçinin, Məmmədyarovun Azərbaycanda 1-ci, dünya tarixində isə ən yüksək reytinqli (2 820) 6-cı şahmatçı olduğu vurğulanıb. Onun 3 dəfə İddiaçılar Turnirində iştirak etdiyi, 1 dəfə rapid üzrə dünya çempionluğunu qazandığı və müxtəlif superturnirlərdə qalib gəldiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi