FIDE reytinqi: Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi, Məmmədov irəlilədi

FIDE reytinqi: Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi, Məmmədov irəlilədi ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb
Fərdi
30 Aprel , 2021 15:27
FIDE reytinqi: Rəcəbov və Məmmədyarovun mövqeyi dəyişmədi, Məmmədov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə 2 765 xalla 10-cu pillədəki mövqeyini qoruyub.

Nicat Abbasov (2665) və Qədir Hüseynovun (2665) da mövqeyi dəyişməyib. Onlar müvafiq olaraq 72 və 73-cü sıralarda yer alıb.

Rauf Məmmədov isə bir pillə irəliləyərək 2689 xalla 89-cu olub.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-cidur. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva da 1 pillə geriləyib və 90-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi