Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2770 xalla 9-cu olub. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Qədir Hüseynov (2665) 3 pillə irəliləyərək 71-ci yerlə kifayətlənib. Nicat Abbasov (2664) isə 4 pillə geriləyib və 74-cü sırada qərarlaşıb. 5 pillə irəliləyən Rauf Məmmədov isə 87-ci yerdədir.
Reytinqin ilk pilləsində 2862 xalla norveçli dünya çempionu Maqnus Karlsendir. ABŞ şahmatçısı Fabiano Karuana (2823) ikinci, çinli Dinq Liren (2791) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 3 pillə irəliləyərək 2443 xalla 28-ci yerə yüksəlib. Bir pillə geriləyən Gülnar Məmmədova (2382) 80-cidir. 2376 xalı olan və 1 pillə irəliləyən Xanım Balacayeva 89-cu sırada qərarlaşıb.