FIDE reytinqi: Şahmatçılarımız mövqeyini qorudu

FIDE reytinqi: Şahmatçılarımız mövqeyini qorudu Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb.
Fərdi
30 Aprel , 2020 11:55
FIDE reytinqi: Şahmatçılarımız mövqeyini qorudu
0 : 00
0 : 00

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci yerdə qalıb. 

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 1 pillə irəliləyərək 90-cı sıraya yüksəlib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 77-ci, 2 376 xalı olan Xanım Balacayeva isə 86-cı sırada qalıb.

Son xəbərlər

Orphus sistemi