Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Report"un məlumatına görə, ilk “10-luq”da Azərbaycan təmsilçisi yer almayıb.
Teymur Rəcəbov (2747 xal) 3 pillə geriləyərək 13-cü olub. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci mövqedə qərarlaşıb.
Qədir Hüseynov (2661) 3 pillə itirərək 83-cü olubsa, Rauf Məmmədov "100-lüy"ü tərk edib.
Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransanı təmsil edən iranəsilli Alireza Firuzca (2786) ikinci, hazırkı dünya çempionu çinli Din Liren (2780) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.