FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək 37 yaşlı qrossmeyster ağ fiqurlarla çinli Yu Yanqyu ilə üz-üzə gələcək
Fərdi
4 Mart , 2022 09:15
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster D qrupundakı dördüncü qarşılaşmasında ağ fiqurlarla çinli Yu Yanqyu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov Yanqyu il ilk turda qara fiqurlarla heç-heçə edib. Daha sonra o, fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Aleksandr Predke ilə də bərabərə qalıb. Qrupdakı bütün şahmatçıların aktivində 1,5 xal var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi