FIDE-nin rusiyalı prezidenti Ukraynadakı müharibəyə qarşı çıxıb

FIDE-nin rusiyalı prezidenti Ukraynadakı müharibəyə qarşı çıxıb Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Rusiyanın Ukraynakı hərbi əməliyyatlarına qarşı çıxıb.
Fərdi
111
15 Mart , 2022 18:12
FIDE-nin rusiyalı prezidenti Ukraynadakı müharibəyə qarşı çıxıb

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Rusiyanın Ukraynakı hərbi əməliyyatlarına qarşı çıxıb.

"Report"un məlumatına görə, rusiyalı funksioner "Mother Jones" nəşrinə müsahibəsində siyasi münaqişələrin həlli üçün hərbi vasitələrdən istifadənin yolverilməz olduğunu bildirib.

O, qeyd edib ki, hazırda bütün fikri Ukraynanın mülki əhalisi, həmçinin təhlükədə olan bir çox şahmatçılarladır. FİDE bütün müharibələrə qarşıdır və münaqişələrin həlli üçün hər hansı hərbi vasitələrdən istifadəni pisləyir".

Daha sonra yeni açıqlama verən Dvorkoviç bu dəfə Qərbin sanksiyalarını və Rusiyanı tərk edən şirkətləri tənqid edib: "Mən Rusiya bazarını tərk etmiş xarici şirkətlərə hörmət edə bilmərəm. Bəziləri bu ölkəni çox uzun müddətə, bəlkə də əbədi olaraq itirdilər. Ölkəmizdə rəqabətqabiliyyətli öz iqtisadiyyatımızı qurmaq üçün maksimum səy göstərməyə hazırıq".

FIDE prezidenti Rusiya əsgərləri ilə qürur duyduğunu vurğulayıb: "Mən, müharibədən sonrakı bütün uşaqlar kimi, vətənpərvərlik mövzusunda tərbiyə almışam. Böyük Vətən Müharibəsi zamanı həlak olanların xatirəsini daim əziz tutub, nasizmə nifrətlə böyümüşəm. Hər zaman vətənini, azadlığını müdafiə edən əsgərlərimizin şücaəti ilə səmimi qəlbdən fəxr edirəm. Biz 8 ildir davam edən hərbi əməliyyatlarda ölən və yaralananların hamısı üçün eyni dərəcədə yas tuturuq".

Son xəbərlər

Orphus sistemi