​FİDE Ermənistan şahmatçılarını Azərbaycana gətirəcək

​FİDE Ermənistan şahmatçılarını Azərbaycana gətirəcək Kirsan İlümjinov: "Həm Azərbaycan, həm də Ermənistanın şahmat federasiyalarının rəhbrəliyi ilə görüşəcəyəm"
Fərdi
17 Mart , 2015 15:39
​FİDE Ermənistan şahmatçılarını Azərbaycana gətirəcək

Bakı. 17 mart. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) Bakıda keçiriləcək şahmat turnirində Ermənistan idmançılarının iştirak etməsi üçün əlindən gələni edəcək. 

"Report"un məlumatına görə, bu barədə federasiya prezidenti Kirsan İlyumjinov jurnalistlərə açıqlamasında deyib.

Müxtəlif siyasi amillərin idman zalının kənarında qaldığını bildirən FİDE rəsmisi həm Ermənistan, həm də Azərbaycan şahmatçılarını eyni yarışda mübarizə aparmağa dəvət etdiyini söyləyib: "Yaxın günlərdə mən Azərbaycan və Ermənistan Şahmat Federasiyalarının rəhbərlərinə müraciət edəcəyəm. Bu il Bakıda nokaut-sistemlə şahmat üzrə Dünya Kuboku keçiriləcək. 2016-cı ildə isə Azərbaycan paytaxtında Ümumdünya Şahmat Olimpiadası baş tutacaq. İstərdik ki, güclü şahmatçılar iştirak etsinlər, Azərbaycan və Ermənistan şahmatçıları isə güclü şahmatçılardır. Biz şahmatçıların iştirakına vasitəçilik və təhlükəsizliyin təmin edilməsi üçün yalnız milli federasiyaların rəsmilərinə deyil, ölkə rəhbərlərinə də müraciət edəcəyik"

Qeyd edək ki, Azərbaycan bu ilin aprelində Ermənistanda keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.

Son xəbərlər

Orphus sistemi