Rusiya və Belarus yığmalarının Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoyulub.
"Report" xəbər verir ki, bu barədə FIDE Şurası qərar qəbul edib.
Bildirilib ki, hər iki ölkənin qrossmeysterləri fərdi turnirlərdə neytral statusda - milli simvollar olmadan iştirak edə biləcək.
Qərar gələcək məlumatlandırmayadək qüvvədə olacaq.