Yuxarı
    Bağlamaq

    ​FİDE "Qran-pri"si: Teymur Rəcəbov növbəti qələbəsini qazanıb

    Şəhriyar Məmmədyarov heç-heçə ilə kifayətlənib

    Bakı. 22 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsində 6-cı turun oyunları keçirilib.

    "Report" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov bu turda növbəti qələbəsini qazanıb, digər şahmatçımız Şəhriyar Məmmədyarov isə heç-heçə ilə kifayətlənib.

    FİDE "Qran-pri"si

    3-cü mərhələ, 6-cı tur

    Teymur Rəcəbov (Azərbaycan) – Aleksandr Qrişuk (Rusiya) – 1:0

    Şəhriyar Məmmədyarov (Azərbaycan) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5

    Aniş Qiri (Hollandiya) – Baadur Cobava (Gürcüstan) – 0,5:0,5

    Lenyer Dominqes (Kuba) – Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5

    Pyotr Svidler (Rusiya) – Dmitri Andreykin (Rusiya) – 1:0

    Maksim Vaşe-Laqrav (Fransa) – Rüstəm Qasımcanov (Özbəkistan) – 0,5:0,5

    Türnir cədvəlində vəziyyət: Tomaşevski – 4,5, Qasımcanov, Rəcəbov, Dominqes, Yakovenko, Qiri – hərəyə 3,5 xal, Qrişuk – 3, Məmmədyarov, Svidler, Vaşe-Laqrav – 2,5, Cobava – 2, Andreykin – 1,5.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi