Yuxarı
    Bağlamaq

    Bu gün FİDE prezidenti Bakıya gəlir

    Dünya Kuboku 2015in təntənəli açılış mərasimi keçiriləcək

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. "Dünya Kuboku 2015"in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu gün FİDE prezidenti Kirsan İlyumjinov da Azərbaycana gələcək.

    Bu gün saat 17:45-də "Fairmont" hotelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

    Qeyd edək ki, ilk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi